Bu istiqamətdə rus ordusu xeyli İTKİ VERDİbackend

Bu istiqamətdə rus ordusu xeyli İTKİ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri Lisıçansk-Baxmut magistralının Berestovoe kəndi yaxınlığında rus qoşunlarına ağır itkilər veriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Severodonetsk istiqamətində ruslar Privolye, Severodonetsk, Lisiçansk, Voronovo, Toşkovka, Qornoye yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar.

Slavyansk istiqamətində Ukrayna Silahlı Qüvvələri düşmənin hücum cəhdlərinin qarşısını alır. Ruslar Slavyanskda hava hücumu təşkil edib.

Baxmut istiqamətində düşmən Kamışevax, Vrubovka, Nikolaevka, Semiqorye və Nyu York yaşayış məntəqələrinin ərazilərini artilleriyadan atəşə tutub.

Berestovoye yaxınlığındakı hücumu zamanı rusların xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlər davam edir.