Bu istiqamətdə uzun tıxac var – Hərəkət dayandıbackend

Bu istiqamətdə uzun tıxac var – Hərəkət dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

NOCOMMENT bakupost-a istinadən xəbər verir ki, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.