Bu iynə yeyilmiş qığırdaqları bərpa edir- PROTEZƏ SON – VİDEObackend

Bu iynə yeyilmiş qığırdaqları bərpa edir – PROTEZƏ SON – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 3-4 ilə qədər ölkəmizdə oynaq xəstəliyi ilə bağlı xəstələr üçün həkimlərin yalnız bir məsləhəti var idi ki, süni oynaq əməliyyatına gedilsin. Ötən 3 ildə Ağrı Müalicə Mərkəzinin yaranması və Kök Hüceyrə prosedurunun həyata keçirilməsi bu sahədə bir yenilik olaraq səs saldı. Artıq oynaq problemi olan xəstələr Kök Hüceyrə prosedurunu seçirlər. Bununla da süni oynaq qoyulmadan oynaqların yenidən bərpası mümkündür. Bu, tanınmış həkim, Alqoloq-ağrı həkimi Vüsal Eyvazovun rəhbərlyi altında Ağrı Müalicə Mərkəzinin yaranması ilə gündəmə gəldi.

Vüsal Eyvazov_Alqoloq
Alqoloq Vüsal Eyvazov

Kök Hüceyrə proseduru ölkəmizdə yeni olduğu üçün insanlar arasında bir çox sualların yaranmasına səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, bu istiqamətdə insanları maraqlandıran sualları cavablandırmaq üçün alqoloq Vüsal Eyvazova üz tutduq.

Doktor, Kök Hüceyrə nədir və necə əldə edilir?

– Fəaliyyət göstərdiyimiz ötən 3 il ərzində ölkədə bir ilkə imza atdıq ki, bunlardan da biri Kök Hüceyrə prosedurunun keçirilməsidir. Bu isə qığırdaq yeyilməsində, ortrozların müalicəsində əvəzsiz bir üsuldur. Əldə olunan göstəricilər möcüzəyə yaxın bir nəticələrdir. Hər zaman insanlarda bir düşüncə olub ki, oynaqlarda qığırdaq yeyilməsi varsa bu getdikcə artacaq və ortrozun 4-cü dərəcəsinə qədər gəlib çatacaq və sonda endoprotez (süni oynaq əməliyyatı) həyata keçiriləcək.
Məhz Ağrı Müalicə Mərkəzində həyata keçirilən presedurlar bizə imkan verdi ki, hər xəstə süni oynaq – cərrahiyə əməliyyatına getməməlidir. Bunun cərahiyyə əməliyyatı olmadan da müalicə üsulu var və bütün dünyada, o cümlədən də bizim Azərbaycanda da müalicəsi tətbiq edilir. Bu isə Kök Hüceyrə köçürülməsidir.

Kök Hüceyrə insan bədənində olan regenerativ hüceyrələrdir.

– Yəni bu hüceyrələr hər zədələnmiş birləşdirici toxumaya çevrilə bilir. Kök hüceyrələr həmçinin insanın cavanlıq hüceyrələri sayılır. İnsan nə qədər cavandırsa bədəndəki kök hüceyrələrin sayı da bir o qədər çox olur.

Kök Hüceyrələrin əsas rolu bədənimizdə olan hər hansı bir birləşdirici toxumadan yaranan, travmadan sonra, daxili orqanlarda, dəridə, sümükdə problem yarandıqda orqanizim özü kök hüceyrələri yönləndirərək həmin toxumanın özünə çevrilir. Yəni həmin toxumanın qüsursuz bərpasına gətirib çıxardır. Bu o deməkdir ki, bizə cavanlıq verən üzümüzdə olan dərimizin hamarlığı, dərialtı toxumanın dolğunluğu, qırışların olmaması səbəbi həmin Kök Hüceyrələrimizin sayəsindədir.
İnsan yaşlanır və yaşlandıqca Kök Hüceyrələrin sayı artır və bu ölən hüceyrələrin sayına yetmədiyi üçün insan üçündə və bədənində yaşlanma prossesi gedir.

Vüsal Eyvazov_Alqoloq

Bəs Kök Hüceyrələr insanın hansı orqanlarında yerləşir?

– Kök Hüceyrələrin bu günə qədər bizə tibdən məlum olan yerləri sümük iliyi, yeni doğulmuşların göbək ciyəsi idisə hazırda bir çox orqanlarda, dalaqda, qara ciyərdə, beyində və hətta dişin dibində də yerləşir. Lakin araşdırmalar bizə imkan verdi ki, Kök Hüceyrələrin insan orqanizmində ən zəngin olan bölgəsi dərialtı piy toxumasıdır.

Dərialtı piy toxumasının divarını və hüceyrə arasını təşkil edən Kök Hüceyrələr salxım şəkilində piy toxumasının içərisində stromal qruluşda yerləşmişdir. Bunun əldə olunması isə bugünkü tibbi texnoloji inkişaf sayəsində çox sadədir və daha çox alınma yeri piy toxumasıdır.

Eyni zamanda burada həmin toxumalar sayca da daha çoxdur və alınan Kök Hüceyrələri sağlam şəkildə, yetişdirilmədən, laborotor şəraitdə artırılmadan, bir başa sağlam şəkildə yerindəcə xəstənin orqanizminə köçürülə bilir.

Məhz bu səbəbdən dünyada bugünkü təbabətdə Kök Hüceyrə müalicə üsulları dərialtı piy toxuması almaqla daha üstünlük təşkil edir.

Ağrı Müalicə Mərkəzi ilə əlaqə: www.vusaleyvazov.az

NOCOMMENT.az