2021-ci ilin yanvar-noyabr aylarında 769,5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kənd təsərrüatı məhsullarının ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13 faiz artıb.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Kənd təsərrüfatı” aylıq informasiya bülletenində bildirilib.
2020-ci ilin yanvar-noyabr ayları ərzində isə 680,9 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Qeyd olunur ki, 2020-ci ilin noyabr ayında kartofun (“Tovuz”), soğanın (“Ağdam”, sarı), xiyarın (“Tikanlı”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb.
Noyabr ayında narınginin, feyxoanın, şabalıdın, kartofun, kələmin, gül kələmin, soğanın (“Ağdam”, sarı), xiyarın, çuğundurun və yaşıl bibərin qiyməti 2020-ci ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsularının qiyməti isə aşağı olub.