Bu kəndin sakinləri çıxılmaz vəziyyətdə qalıblar – VİDEObackend

Bu kəndin sakinləri çıxılmaz vəziyyətdə qalıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunun Cimi kəndinin sakinləri yol problemindən əziyyət çəkir.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, kənddə yerləşən çayın üzərində körpü olmadığına görə, insanlar çayın içindən avtomobillə keçirlər.

Onlar dəfələrlə çayın üzərində körpü qurulması üçün aidiyyəti qurumlara müraciət etsələr də, bunun heç bir nəticəsi olmayıb.

Hazırda kəndin 9 şagirdi o çayı keçərək hər gün dərsə gəlməyə məcbur olur. Bu isə onların həyatı üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, 3 il öncə kənd sakini azyaşlı uşaq həmin çayda boğularaq ölüb.