Bu kosmetik vasitələr xərçəngə səbəb ola bilərbackend

Bu kosmetik vasitələr xərçəngə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pis xassəli şişlərin araşdırması ilə məşğul olan təcrübəli həkim Anton Şkiryak onkoloji xəstəliklərə səbəb olan kosmetik vasitələrin adlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə günümüzdə xanımların üstünlük verdiyi şellak sağlamlıq üçün olduqca təhlükəlidir. Bu prosesdə ultrabənövşəyi şüadan istifadə edilərək dırnaq boyanır, bu da insan sağlamlığına mənfi təsir göstərən bir sıra maddələri aktivləşdirir.

Bildirilir ki, eyni maddələr dodaq boyasının tərkibində də mövcuddur. Araşdırmalara görə kosmetik vasitələrin tərkibində istifadə olunan titan oksid xərçəng xəstəliyinin inkişafına şərait yaradır. Onkoloji xəstəlikləri inkişaf etdirən digər kosmetik məhsul isə saç boyasıdır.  Məhz buna görə də mütəxəssislər kosmetikadan həddindən çox istifadə edən xanımların ehtiyyatlı olmasını məsləhət görür.

Bundan başqa mütəxəssislər düzgün qidalanıb – kolbasa və digər zərərli qızardılmış qidalardan uzaq duraraq tərəvəz yeməklərinə üstünlük verməyi tövsiyyə edir.