Nərimanov rayonu Sabit Rəhman küçəsi – Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,dəyişikliyə əsasən Xan Şuşinski – Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti – Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib. Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.
Eyni zamanda Xan Şuşinski küçəsi – Maqsud Əlizadə küçəsinin kəsişməsində də hərəkətin təşkilində dəyişiklik edilib.
Dəyişikliyə əsasən Xan Şuşinski – Maqsud Əlizadə küçəsinin kəsişməsindən Azadlıq prospekti – Maqsud Əlizadə küçəsinin kəsişməsinə qədər olan yolun istiqaməti bir tərəfli təşkil edilib.
Xan Şuşinski küçəsindən Maqsud Əlizadə küçəsi ilə Azadlıq prospekti istiqamətinə giriş qadağandır nişanı quraşdırılıb.