Bu marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcəkbackend

Bu marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah, avqustun 26-da Bakının Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində aparılacaq yenidənqurma işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2, 6, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Dəyişikliyə əsasən:

2 nömrəli marşrut (S.Vurğun bağı istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Abbasqulu ağa Bakıxanov küç. – Cəfər Cabbarlı küç., daha sonra öz xətti üzrə;

6 nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqamətində): İnşaatçılar pr. – N.Nərimanov küç. – A.Şaiq küç. – İzmir küç. – Tbilisi pr., daha sonra öz xətti üzrə;

13 nömrəli marşrut (“Koroğlu” m/st istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Ak.H.Əliyev küç., daha sonra öz xətti üzrə;

37 nömrəli marşrut (“İçərişəhər” m/st istiqamətində): Tbilisi pr. – Ş.Mehdiyev küç. – Ə.Haqverdiyev küç. – İnşaatçılar pr. – N.Nərimanov küç., daha sonra öz xətti üzrə;

65 nömrəli marşrut (Azneft dairəsi istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. – Cəfər Cabbarlı küç., daha sonra öz xətti üzrə;

79 nömrəli marşrut (Mərkəzi Bank istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. – Cəfər Cabbarlı küç., daha sonra öz xətti üzrə.