Bu marşrutun hərəkət sxemi dəyişdibackend

Bu marşrutun hərəkət sxemi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə NOCOMMENT.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası – Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.

Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.