Bu marşrutun hərəkət sxemində dəyişiklik edilibbackend

Bu marşrutun hərəkət sxemində dəyişiklik edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

BNA-dan NOCOMMENT-ə verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində birbaşa gedişi təmin olunacaq.

Sözügedən dəyişiklik 26 noyabrdan tətbiq olunacaq.