Bu məhsullar daha 3 il ƏDV-dən azad ediləcək – FƏRMANbackend

Bu məhsullar daha 3 il ƏDV-dən azad ediləcək – FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup xammal və materialın idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 3 uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, aşağıdakı xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb:

 

Sıra

№-si

Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
1 1201 90 000 0 Xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)
2 2102 10 100 0 Maya kulturaları
3 2102 10 310 0 Quru çörəkçilik mayaları
4 2102 10 900 0 Aktiv mayalar, digərləri
5 2102 20 110 0 Qeyri-aktiv mayalar – həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan
6 2102 20 190 0 Qeyri-aktiv mayalar, digərləri
7 2102 20 900 0 Digər ölü birhüceyrəli mikroorqanizmlər
8 2102 30 000 0 Hazır çörəkçilik tozları
9 2301 20 000 0 Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar
10 2304 00 000 0 Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
11 2306 30 000 0 Günəbaxan toxumlarının cecələri və digər bərk tullantıları
12 2309 90 100 0 Həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar
13 2309 90 200 0 Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 23-cü qrupunun 5-ci əlavə qeydində təsnif olunan məhsullar
14 2309 90 310 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
15 2309 90 330 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
16 2309 90 350 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan
17 2309 90 390 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan
18 2309 90 410 0

 

Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
19 2309 90 430 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
20 2309 90 490 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan
21 2309 90 510 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan
22 2309 90 530 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan
23 2309 90 590 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan
24 2309 90 700 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan
25 2309 90 910 0 Melassa əlavəsi ilə çuğundur cecəsi
26 2309 90 960 0 Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, digərləri

 

Eyni zamanda aşağıdakı xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb:

 

44 2835 25 000 0 Kalsium hidrogen ortofosfat (dikalsium fosfat)
44-1 2835 26 000 0 Digər kalsium fosfatları
45 2922 41 000 0 Lizin və onun mürəkkəb efirləri; bu birləşmələrin duzları
46 2922 49 850 0 Digər aminoturşular və onların mürəkkəb efirləri, bu birləşmələrin duzları
46-1 2922 50 000 0 Treonin
47 2923 10 000 0 Xolin və onun duzları
48 2930 40 900 0 Digər metionin kükürd-üzvi birləşmələri
49 2933 59 950 0 Strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr
50 2936 28 000 0 E vitamini və onun törəmələri
51 2936 29 000 0 Digər vitaminlər və onların törəmələri
52 3101 00 000 0 Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr
53 3507 90 900 0 Digər fermentlər və ferment preparatları