Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq – VİDEObackend

Bu məhsullar yaxın vaxtlarda bahalaşacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarındakı qeyri-müəyyənlik, yerli istehsalın lazımı səviyyədə olmaması məhsullarının qiymətini artırır.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% yüksəlib.

İnflyasiya göstəricisi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb.

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, qiymət artımı növbəti aylarda da özünü göstərəcək

Onun sözlərinə görə, bahalaşmaya səbəb yerli istehsalın lazımı səviyyədə daxili bazarı təmin etməməsidir. Əgər belə davam edərsə dünya bazarında mövcud olan vəziyyətin ölkə iqtisadiyyatına təsirinin fəsadlarını ciddi şəkildə hiss edəcəyik.

Bir sözlə, ərzaq və qeyri ərzaq məhsullarındakı qiymət artımı təkcə Ramazan ayını və Novruz bayramını əhatə edən martda yox, digər aylarda da müşahidə oluna bilər.

Xəzərxəbər