Endirim sözü ilə tez-tez rastlaşırıq. Ancaq endirimli məhsul alarkən diqqətli olmalıyıq. Həmin məhsul həm büdcəmizə, həm də sağlamlığımıza ziyan vura bilər.
NOCOMMENT.az Sfera.az-a istinadən endirimə düşən, alınması tövsiyə edilməyən məhsulları təqdim edir:
Artıq dəbdə olmayan geyimlər
Moda dünyasında hər il, hətta hər mövsüm yeni trendlər yaranır. Geyim mağazaları isə daha çox dəbdən düşmüş geyimlərə endirim tətbiq edirlər. Dəbli geyinmək və moda dünyasına ayaq uydurmaq üçün endirim tələsinə düşməmək lazımdır.
Kosmetik vasitələr
Son vaxtlar kosmetik vasitələrə cəlbedici endirimlər edilir. Ancaq son istifadə tarixi bitmiş və ya bitməyə az qalmış məhsullara diqqət etmək lazımdır. Əsasən istehsal tarixi bitən məhsullar endirimli qiymətlərlə satılır.
Elektronik məhsullar
Bu tip məhsulların hər il yeni modelləri satışa çıxarılır. Mağazalar isə endirimləri köhnə modellərə tətbiq edirlər. Endirimdə olan elektron cihazları almazdan əvvəl onların texniki göstəricilərinə diqqət yetirmək lazımdır.