Bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyuldubackend

Bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bəzi ölkələrdən quş əti və yemlərinin gətirilməsinə qadağa qoyub.

NOCOMMENT Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya əyalətində süngərvari ensefalopatiya, İordaniya Haşimilər Krallığının Zarqa əyalətində, İraq Respublikasının Bəsrə, Nəcəf, Dəhuk, Ərbil, Bağdad, Diyalə və Süleymaniyyə əyalətlərində dabaq, İsveç Krallığının Blekinqe əyalətində Nyukasl, Rumıniyanın Braşov inzibati ərazi vahidində, Almaniya Federativ Respublikasının Saksoniya-Anhalt vilayətində, Boliviya Çoxmillətli Dövlətinin Koçabamba inzibati ərazi vahidində, Türkiyə Respublikasının Afyonqarahisar vilayətində, Amerika Birləşmiş Ştatlarının Virciniya və Texas ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.