Bu məlumatlar DTX-nə ötürüləcək – Baş nazirdən QƏRARbackend

Bu məlumatlar DTX-nə ötürüləcək – Baş nazirdən QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı”nın və “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2019-cu il 29 iyul tarixli Qərarında dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bununla da Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsinə də ötürüləcək.