Bu məmurlar əfv edilməsin! – Deputatdan sərt təklifbackend

Bu məmurlar əfv edilməsin! – Deputatdan sərt təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizlik Xidməti, Maliyyə Nazirliyi və Hesablama Palatasının son günlər apardıqları əməliyyatlar nəticəsində bir sıra dövlət qurumlarında, icra hakimiyyətlərində yeyinti və korrupsiya halları aşakarlanıb. Son olaraq DTX Naxçıvan Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Nəticədə, bir çox vəzifəli şəxs saxlanılıb, o cümlədən Muxtar Respublikanın maliyyə naziri Əliyev Rafael Rza oğlu 4 ay müddətinə həbs edilib.

Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında rüşvət, korrupsiya hallarına qarşı sərt çıxışlar, xəbərdarlıqlar edib. Amma görünən odur ki, korrupsiyaya qurşanmış məmur ordusu ölkə rəhbərinin çağırışlarına da əməl etmirlər.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, adamlar hələ də korrupsiya və yeyintinin dövlətin müstəqilliyinə təhlükə olduğunu başa düşmürlər.

Deputat deyib ki, 44 günlük Vətən müharibəsindən sonra yeyinti və korrupsiya hallarının azalacağına ümid edirmiş:

“Ancaq əksinə oldu. Dövlət Təhlükəsizlik Xidmətinin, Hesablama Palatasının, Maliyyə Nazirliyinin yoxlama apardığı demək olar ki, bütün qurumlarda yeyinti və korrupsiya hallarına rast gəlindi. Bir çox rayonların icra başçıları həbsdədir. Hətta, nazirliklərin əməkdaşlarından saxlanılanlar var. Son olaraq Naxçıvanın maliyyə naziri həbs edilib. Naxçıvan Dövlət Gömrük Xidmətinin əməkdaşlarından saxlanılanlar var. İndiki şərait, İranın və Ermənistanın Azərbaycana münasibəti bizdən daha təmiz olmağı tələb edir. Ancaq təəssüflər olsun ki, bir sıra vəzifəli şəxslər bunu dərk etmir. Bunun təhlükəsizliyimiz üçün təhdid olduğunu anlamır”.