Bu məscidə giriş ödənişli olacaqbackend

Bu məscidə giriş ödənişli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda yerləşən tarixi Ayasofya məscidinə giriş bu gündən turistlər üçün ödənişli olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bildirilib ki, Ayasofyanı ziyarət etmək istəyən əcnəbi turistlər 25 avro ödəniş etməli olacaqlar.

Qeyd edək ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib. 2020-ci ilin iyulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib.