Düzgün qidalanma insanı bir çox xəstəliklərdən qoruya bilər. Əlbəttə ki, bütün tərəvəz və meyvələr faydalıdır. Lakin bəzi meyvələr müəyyən xəstəliklərin qarşısının alınmasında xüsusi rol oynayır.
NOCOMMENT Lent.az-a istinadən xəbər verir ki, alimlər armudun xərçəngin qarşısının alınmasında əhəmiyyətli olduğunu bildirirlər.
Tədqiqatlar göstərir ki, armudda patoloji dəyişikliklərin qarşısını almağa kömək edən xərçənglə mübarizə aparan birləşmələr var. Araşdırmalara görə, həmin birləşmələr insanı kolorektal xərçəng və ağciyər xərçəngindən qoruya bilər.