Bu müəssisələr 500 min manat cərimələndibackend

Bu müəssisələr 500 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzərsahili regionda dənizə mənfi təsir edən 128 axar müəyyən olunub. Həmçinin Kür çayının ətrafında olan 123 müəssisənin çaya axarı aşkarlanıb. Bunlar da müvafiq tənzimləmə olmadığı, suların təmizləmədən keçmədiyi təqdirdə Xəzərə öz mənfi təsirini göstərir. Təkcə bu il belə müəssisələrlə bağlı 354 akt, 144 protokol tərtib edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” layihəsində deyib.

Xidmətin rəisinin sözlərinə görə, ümumilikdə, Xəzər dənizinə çirkab suları axıdan müəssisələr təqribən 500 min manat məbləğində cərimə ediliblər, onlara ödəmələr tətbiq olunub: “105 müəssisəyə məcburi göstəriş verilib ki, sutəmizləyici qurğularını qursunlar. Dəfələrlə xəbərdarlıq edilən, məcburi göstəriş verilən 12 müəssisənin bağlanılması ilə bağlı məhkəmə orqanları qarşısında məsələ qaldırılıb”. Axar.az