“SEDAM” MMC avtoyuma avadanlıqları ilə bağlı tenderi ləğv etdi.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtoyuma avadanlıqlarının satın alınması məqsədilə elan olunan tender baş tutmayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma prosesinin ləğv edilməsinə səbəb kimi iştirak üçün təklif və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin ləğvinə əsas verir.
Ləğv protokolunda sadəcə “Xahiş edirik nəzərə alasınız” qeydi yer alıb. Tenderin yenidən elan olunub-olunmayacağı barədə isə məlumat verilməyib.