Bu nazirlik yarım milyonluq avtomobillər alırbackend

Bu nazirlik yarım milyonluq avtomobillər alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yeni avtomobillər alır.

NOCOMMENT.az xəbər verir kiiqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 9 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.

Sosial Xidmətlər Agentliyinə avtomobillərin satışını “Toyota Absheron Merkezi” şirkəti həyata keçirəcək. Qurum isə bunun müqabilində şirkətə 589.050 AZN ödəniş edəcək.