Bu obyektlərdə nöqsanlar aşkarlandı – Siyahıbackend

Bu obyektlərdə nöqsanlar aşkarlandı – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 15 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Azərcity” market Abşeron rayonu, Masazır qəsəbəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2 “5 Ulduz” market Quba şəhəri, Qələbə küçəsi 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Ev şəraitində hazırlanan məhsulların satışı
3 “Zənbil” market Şamaxı şəhəri, M.Ə.Rəsulzadə 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4 “Stop” market Bərdə şəhəri, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
5 “Rahib” restoranı Xəzər rayonu, Buzovna ştq, Buzovna-Maştağa yolu 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Bağ Yolu” restoranı Sabunçu rayonu, Maştağa ştq, Buzovna yolu 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Kişmiş” restoranı Binəqədi rayonu, M.K.Atatürk pr., ev 66 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “İsa Bulağı” restoranı Nərimanov rayonu, M.K.Atatürk pr., ev 41 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “The Rooms” restoranı Nərimanov rayonu, M.K.Atatürk pr., ev 33A Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “İron” hotel Binəqədi rayonu, F.Rüstəmov küç., ev 18C Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Qızıl Qaya” restoranı Quba şəhəri, Y.Qasımov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Mədinə” dönər evi Şamaxı şəhəri, N.Nərimanov küçəsi 31 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Ata Yurd” kafesi Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14 “Zəm-Zəm” restoranı Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Prins” restoranı Bərdə şəhəri, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi