Bu ölkə 12 yaşdan kiçik uşaqlar üçün evtanaziyaya icazə verəcəkbackend

Bu ölkə 12 yaşdan kiçik uşaqlar üçün evtanaziyaya icazə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya verməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, Hollandiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan tənzimləmənin bu gün nazirlər şurasına təqdim edilməsi gözlənilir.

Hollandiyada pediatrların təkidi ilə hökumət 12 yaşından kiçik uşaqların evtanaziya hüququ ilə bağlı səlahiyyətli orqanlardan rəy istəyib.

Mütəxəssislər həyatın son mərhələsində qayğı və müalicənin yetərli olmadığı 1-12 yaşlı uşaqlara ölüm hüququnun verilməsini təklif edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin hazırladığı əsasnamə 1 yaşa qədər uşaqları əhatə etmir.

NOCOMMENT.AZ