Bu ölkə 4 günlük iş rejiminə keçir – iyul ayındanbackend

Bu ölkə 4 günlük iş rejiminə keçir – iyul ayından

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda 2023-cü ilin iyul ayından etibarən işçilər həftədə 5 gün deyil, 4 gün işləyəcəklər.

NOCOMMENT xəbər verir ki, Qazaxıstanda Əmək Qanununda yeni tənzimləmələr edildi.

Müvafiq olaraq, bu ilin iyul ayından etibarən əmək müqavilələrində tərəflərin razılığı ilə ölkədə həftədə 4 gün işləməyə icazə veriləcək.

Ancaq 4 gün işləməyə üstünlük verənlər növbəti həftələrdə 5 və ya 6 günlük iş saatlarını növbə ilə yerinə yetirməli olacaqlar.

Özəl sektor isə 4 günlük iş variantını öz biznes tənzimləməsi çərçivəsində müəyyən edə biləcək.

Ümumi istirahət günü bazar günü qalacaq.