Bu ölkə 4 rusiyalı diplomatı ölkədən çıxarırbackend

Bu ölkə 4 rusiyalı diplomatı ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkisi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın Avstriyadan çıxarılacağı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlik Rusiya səfirliyindəki 2 diplomatın “diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər etdiklərini”, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomatın isə “Qərargah haqqında razılaşmaya uyğun olmayan hərəkətlər etdiyini” bəyan edib.

. Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilib.

NOCOMMENT.AZ