Bu ölkə ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edildibackend

Bu ölkə ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Keniyanı NATO xaricində Amerikanın əsas müttəfiqi elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş memorandumda deyilir.

“Mən bununla Keniyanı bu Xarici Yardım Aktı və Silah İxracına Nəzarət Aktının məqsədləri üçün ABŞ-ın əsas qeyri-NATO müttəfiqi olduğunu bəyan edirəm”,- deyə memorandumda deyilir.

Hazırda ABŞ-ın NATO-dan kənar əsas müttəfiqlərinə Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qətər, Cənubi Koreya, Tayland və Tunis daxildir.