Bu ölkə Aİ-nin Ukraynaya maliyyə yardımına veto qoydubackend

Bu ölkə -nin Ukraynaya maliyyə yardımına veto qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin üzvü olan, lakin bir çox kritik məsələlərdə Brüssel administrasiyası ilə fikir ayrılığı olan Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Aİ-nin Ukraynaya yardımına veto qoyub.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin gələn il üçün Ukraynaya 18 milyard avro maliyyə yardımı ayırması paketinə Macarıstan qarşı çıxıb.

Brüsseldə bir araya gələn Avropa İttifaqına üzv 27 ölkənin maliyyə nazirləri Macarıstanın bu qərarından sonra Macarıstana veriləcək vəsait məsələsini iclasın gündəliyindən çıxarıblar. Belə ki, Aİ ölkələri Macarıstana vəsait göndərmək qərarını təxirə salıb.

Jalə Bədirova

NOCOMMENT.az