Bu ölkə əcnəbi vətəndaşların ölkəyə daxil olmasına qadağa qoydubackend

Bu ölkə əcnəbi vətəndaşların ölkəyə daxil olmasına qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, müvafiq təklif Baş nazir Denis Şmıqal tərəfindən irəli sürülüb.

“Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”, – deyə o bildirib.

Nəticədə, Nazirlər Kabineti sərhədlərin bağlanmasına yekdilliklə dəstək verib.

Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına – Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq.
Virtualaz.org