Bu ölkə Fələstini dövlət olaraq tanıdıbackend

Bu ölkə Fələstini dövlət olaraq tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiya Fələstin Dövlətinin müstəqilliyini tanıyır.

NOCOMMENT.az xəbər verir ki, bunu baş nazir Saymon Harris deyib.

Siyasətçi ümid etdiyini bildirib ki, digər ölkələr İrlandiya, İspaniya və Norveçə qoşulacaq və Fələstini də tanıyacaq.

Mayın 22-də Norveç hökuməti Fələstini dövlət kimi tanıyacağını bəyan edib. Norveç hesab edir ki, bu qərar Yaxın Şərqdə Fələstin və İsrail arasında münaqişənin həllinə kömək edəcək.

Mayın əvvəlində Avropa diplomatiyasının rəhbəri Cozep Borrell təsdiqlədi ki, İspaniya, İrlandiya və bir sıra digər Aİ ölkələri mayın 21-də Fələstini tanımaq niyyətindədirlər.