Bu ölkə HƏMAS-ı terror təşkilatı siyahısına saldıbackend

Bu ölkə HƏMAS-ı terror təşkilatı siyahısına saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya hakimiyyəti HƏMAS-ı terror təşkilatı siyahısına salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson və xarici işlər naziri Uinston Petersinin birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, Yeni Zelandiya HƏMAS-ın hərbi qanadını 2010-cu ildə terror təşkilatı siyahısına salıb. Lakin hərəkatın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra hərəkatın hərbi və siyasi qanadları arasında fərq qoymur.

Bəyanatda vurğulanıb ki, bu hərəkat dəhşətli terror aktlarına görə məsuliyyət daşıyır. Yeni Zelandiya qanunlarına əsasən, bu ölkədəki terror təşkilatının bütün aktivləri dondurulur.