Britaniya Kaxovka SES-in partladılmasından sonra bölgədə yaranan böhranın aradan qaldırılması üçün Ukraynaya 16 milyon funt sterlinq humanitar yardım göndərəcək.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu yardım təxminən 42 min insana dəstək olacaq. Eyni zamanda, göndəriləcək məbləğ bölgədə aparılan işlərə xərclənəcək. Yardım sığınacaqlara, ilkin ehtiyaclara, sel və münaqişələr səbəbindən yurdundan didərgin düşən köçkünlərə sərf ediləcək”, – bəyanatda bildirilib.