Avstraliya regionda münaqişənin kəskin şəkildə artması fonunda öz vətəndaşlarını Kipr vasitəsilə Livandan təxliyə etməyə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Televiziya şirkətinin məlumatına görə, Avstraliya artıq öz ölkəsinin 229 vətəndaşını təxliyə edib.
Bölgədə münaqişənin şiddətlənməsi ilə əlaqədar bir sıra dövlətlər Livan ərazisindən öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Belə ki, Yaponiya öz vətəndaşlarını təxliyə etmək üçün İordaniya və Yunanıstana iki hərbi təyyarə göndərib. İspaniyanın bu məqsədlə iki hərbi təyyarə göndərəcəyi də məlumdur.