Bu ölkə məcburi peyvəndləmədən imtina etdibackend

Bu ölkə məcburi peyvəndləmədən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hökuməti bəzi kateqoriyadan olan vətəndaşlar üçün koronavirusa qarşı məcburi peyvənd tətbiq etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petr Fiala bildirib.

“Hökumət qərar verib ki, ölkədə hansısa əhali qrupları və ya müəyyən peşələrin nümayəndələri üçün koronavirusa qarşı məcburi peyvənd tətbiq edilməyəcək”, – deyə Fiala qeyd edib.

O əlavə edib ki, hakimiyyət hələ də vaksinasiyanı pandemiya ilə mübarizənin effektiv yolu hesab edir və hamını peyvənd olunmağa təşviq edir.
teleqraf