Bu ölkə müdafiə sahəsinə daha çox sərmayə qoyacaqbackend

Bu ölkə müdafiə sahəsinə daha çox sərmayə qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin bölgədəki hərbi mövcudluğunu artırarkən, Avstraliya avadanlıq və sursat istehsal edə bilmək üçün müdafiə sahəsinə daha çox sərmayə qoymağı planlaşdırır.

NOCOMMENT xəbər verir ki, baş nazir Entoni Albanese mətbuat konfransında bildirib ki, hesabat Avstraliyanın müdafiə sahəsində kifayət qədər potensiala və hazırlıq səviyyəsinə malik olub-olmadığını qiymətləndirmək üçün hazırlanıb.

Bu araşdırmanın İkinci Dünya Müharibəsindən sonra hazırlanan ən əhatəli hesabat olduğunu ifadə edən Albanese, “Milli təhlükəsizliyimizə qarşı təhdidlərin davamlı olaraq artdığı bir mühitdə biz artıq köhnə məlumatlarımıza etibar edə bilmərik” deyib.

Avstraliya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anqus Houston və keçmiş müdafiə naziri Stiven Smit tərəfindən hazırlanan hesabatda hökumətin müdafiəyə cari xərclərindən daha çox pul xərcləməsi, müdafiə ləvazimatları və sursatların ölkə daxilində istehsal edilməsi vurğulanıb.

Hindistan və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean regionunun əsas ölkələri ilə müdafiə tərəfdaşlığını dərinləşdirməyi təklif edən hesabatda Çinin hərbi mövcudluğunun İkinci Dünya Müharibəsindən sonra kəskin şəkildə artdığı irəli sürülüb.

ABŞ-ın nüvə texnologiyası ilə təchiz edilmiş Avstraliya sualtı donanmasının yaradılması üçün Avstraliya, Böyük Britaniya və ABŞ arasında AUKUS tərəfdaşlığını dəstəkləyərkən, Avstraliyanın köhnə müdafiə siyasətinin artıq öz məqsədinə xidmət etmədiyi və yenilənməsinə ehtiyac olduğu qeyd edildi.