Bu ölkə Nigerdə səfirlik açacaqbackend

Bu ölkə Nigerdə səfirlik açacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger Rusiya səfirliyinin açılması təklifini qəbul edib, bu barədə ölkənin xarici işlər naziri Bakari Yau Sanqare Moskvada danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu məsələ ilə bağlı bütün lazımi qərarlar qəbul edilib”, – diplomat bildirib.

O, bunun ən qısa zamanda baş verəcəyinə ümid etdiyini bildirib. Nazir həmçinin qeyd edib ki, diplomatik nümayəndəlik açmaq üçün Rusiya səfirliyinin yerləşdirilməsi üçün uyğun bina tapmaq lazımdır. Bakari Yau Sanqare həmçinin əlavə edib ki, ölkə hakimiyyəti Moskvanın səfirin namizədliyi ilə bağlı təklifini səbirsizliklə gözləyir.