Bu ölkə rus məktəblərindən imtina edəcəkbackend

Bu ölkə rus məktəblərindən imtina edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva hakimiyyəti məktəblərdə rus dilində tədrisdən imtina etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil, elm və idman naziri Gintautas Jakstas “Ziniu Radjas” radiostansiyasının efirində bildirib.

Ona qəribə gəlir ki, Litvada tədris dost olmayan ölkələrin dillərində aparılan məktəblər var. Bundan əlavə, Jakstas əlavə etdi ki, yalnız bir dilin öyrədilməsi uşaqların cəmiyyətə inteqrasiyasını çətinləşdirir.

“Biz qonşularımız Latviya və Estoniyanın yolu ilə getməliyik ki, onlar nəinki rus dilinin tədris olunduğu məktəblərdən imtina edir, həm də rus dilini xarici dil kimi tədris etməkdən imtina edirlər”, – deyə nazir bildirib.