Bu ölkə Rusiya dövlət nömrə nişanlı maşınları müsadirə edirbackend

Bu ölkə Rusiya dövlət nömrə nişanlı maşınları müsadirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 14-dək Latviyada qeydiyyata düşməyən Rusiya dövlət nömrə nişanlı avtomobillər müsadirə ediləcək.

NOCOMMENT.az xəbər verir ki, Latviyada avtomobilləri qeydiyyatdan keçmək üçün belə bir sıra meyarlar, o cümlədən Avropa İttifaqı standartlarına uyğunluq sertifikatı tələb olunur.

Müvafiq qərar 2023-cü ildə Latviya Seymi tərəfindən qəbul edilib. Noyabrın 2-də respublika parlamenti Rusiya avtomobillərinin fevralın 14-dək Latviyada yenidən qeydiyyatdan keçməli olduğu barədə qanun layihəsini dəstəkləyib. Bu müddət bitdikdən sonra həmin avtomobillər müsadirə edilərək Ukraynaya veriləcək.

Eyni zamanda, Latviyada qeydiyyatda olmayan Rusiya avtomobilindən icazəsiz istifadəyə görə 750-2000 avro məbləğində cərimə tətbiq olunacaq. Qərar Latviya ərazisindən tranzitlə keçən nəqliyyat vasitələrinə və diplomatların avtomobillərinə şamil edilmir.