Bu ölkə Rusiya ilə ticarəti ikiqat artırmaq istəyirbackend

Bu ölkə Rusiya ilə ticarəti ikiqat artırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) yaxın beş ildə Rusiya ilə ticarət dövriyyəsini iki dəfə artırmaq istəyir.

NOCOMMENT.az bildirir ki, ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ticarət dövriyyəsini artırmaq istəyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putinlə görüşdə Nahyan qeyd edib ki, son illər iki ölkə arasında münasibətlər daha da sürətlə inkişaf edir. Onlar arasında ticarət dövriyyəsi 11,5 milyard dollara çatıb.

“Biz istərdik ki, növbəti beş ildə istər ölkələrimiz arasında birbaşa əlaqələrdə, istərsə də Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr arasında münasibətlərdə bu rəqəm iki dəfə artsın”, – deyə siyasətçi vurğulayıb.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin daha əvvəl dediyi kimi, BRİKS ölkələrinin daxili ticarətinin ümumi həcmi trilyon dollar həddinə çatıb. O, əldə olunan nəticəni assosiasiya daxilində ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsindən, eləcə də qlobal bazarda artan rolundan bəhs edən “əhəmiyyətli mərhələ” adlandırıb.

Rusiyadan başqa BRİKS-ə BraziliyaHindistanÇin, Cənubi Afrika, MisirEfiopiya, BƏƏ, İran və Pakistan daxildir. İndoneziya 2025-ci ilin yanvarında qoşuldu.