Bu ölkə Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verirbackend

Bu ölkə Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qabonun keçid dövrü prezidenti Bris Oliqi Nqema Moskvadan belə bir təklif alınacağı təqdirdə ölkəyə rus qoşunlarının yerləşdirilməsinin mümkünlüyünü istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Müsahibə zamanı RFI radiostansiyasının jurnalisti Nqemadan Qabon hakimiyyətinin Fransa kontingentinin ölkədən tam çıxarılmasını istəyib-istəməməsi barədə sual verdi.

“Fransızları burada xoş qarşılayırlar. Ruslar, bəlkə də gələcəkdə, gəlmək istəsələr, xoş qonaq olacaqlar”, – deyə siyasətçi bildirib.

Nqema, həmçinin Rusiya və Çin də daxil olmaqla, təhlükəsizlik sahəsində müxtəlif ölkələrlə əməkdaşlığı nəzərdən keçirməyə hazır olduğunu bildirib.