Bu ölkə Rusiyanı daxildən sarsıtmağa çalışırbackend

Bu ölkə Rusiyanı daxildən sarsıtmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya qrantlar verməklə Rusiyanın daxili siyasi vəziyyətini sarsıtmağa yönəlmiş proqramları maliyyələşdirir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında Britaniya XİN-in müxtəlif sosial şəbəkələrdə yayılan məxfi sənədlərini şərh edərkən yazıb.

O, yayılan sənədlərin birbaşa Böyük Britaniyanın Rusiyanın daxili işlərinə müdaxiləsinə işarə etdiyini vurğulayıb.

Diplomatın sözlərinə görə, 2020-2023-cü illər ərzində rəsmi London ictimai təşkilatlara, Rusiyanın dövlət qurumlarına təsir proqramlarının maliyyələşdirilməsinə və s. işlərə 1,3 milyard rubldan çox vəsait ayırıb.
sfera.az