Bu ölkə sabah Sudandan təxliyəyə başlayacaqbackend

Bu ölkə sabah Sudandan təxliyəyə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya hökuməti ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmaların şahidi olan Sudandan vətəndaşlarının təxliyyəsinə sabah başlayacağını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Nigeriyanın xarici işlər naziri Geoffrey Onyeama verdiyi açıqlamada, Sudanda təxminən 5500 Nigeriya vətəndaşının olduğunu və onların 80 faizini tələbələr təşkil etdiyini bildirib.

Sudandakı Nigeriya vətəndaşlarının təxliyyəsinin sabah başlayacağını qeyd edən Onyeama, böhrandan təsirlənən ölkədəki nigeriyalıları təxliyyə başlamazdan əvvəl “olduğunuz yerdə qalmağa” çağırıb.

Onyeama, bu uzun karvan üçün Sudan hökumətindən icazə almağa və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışdıqlarını söylədi.