Misir 114 km uzunluğunda süni çayını inşa edir.
NOCOMMENT.az xəbər verir ki, bu, dünyanın ən uzun süni çay layihəsi olacaq.
Məlumata görə, dəyəri 160 milyard Misir funtu (5,25 milyard dollar) olan bu layihə ilə Nil çayından gələn su 2,3 milyon hektar səhra ərazisini kənd təsərrüfatı sahəsinə çevirəcək.
Beləliklə, Misirin kənd təsərrüfatı torpaqlarının ümumi həcminin 30% artacağı proqnozlaşdırılır.Limanlara yaxın olan layihənin ərzaq təhlükəsizliyi və idxalı əvəzləmə ilə yanaşı iş imkanları da açacağı bildirilir.\\Sfera.az