Bu ölkə təhlükəsizlik səbəbi ilə Xartumdakı səfirliyini bağlayırbackend

Bu ölkə təhlükəsizlik səbəbi ilə Xartumdakı səfirliyini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə aprelin 15-dən silahlı qarşıdurmanın yaşandığı Sudanın paytaxtı Xartumdakı səfirliyini təhlükəsizlik səbəbi ilə bağlamaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.

“Təhlükəsizlik məqsədilə Xartumdakı səfirliyimizi bağlayırıq. Səfirliyin əməkdaşları və onların ailə üzvləri təxliyə edilib və onlar təhlükəsiz yerdədirlər. Bu, tərəfdaşlarımızla, xüsusilə Fransa ilə əməkdaşlığımız sayəsində mümkün olub. Dəstəklərinə görə təşəkkür edirik. ” deyə paylaşımda qeyd edilib.

NOCOMMENT.AZ