Bu ölkə Ukraynaya minaların təmizlənməsi üçün 113 milyon ayırırbackend

Bu ölkə Ukraynaya minaların təmizlənməsi üçün 113 milyon ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bern Ukrayna ərazilərinin humanitar minalardan təmizlənməsi üçün Kiyevə 110 milyon dollardan çox vəsait vermək niyyətindədir. Bu barədə jurnalistlərə İsveçrə prezidenti Alen Berset bildirib.

O, Kiyevdə mətbuat konfransı zamanı müvafiq bəyanatla çıxış edib. Noyabrın 25-də baş tutan tədbirdə üç ölkənin lideri – Ukrayna rəhbəri Vladimir Zelenski, Latviya prezidenti Edqars Rinkeviç və İsveçrə lideri iştirak ediblər.

“Biz Ukraynada humanitar minatəmizləməni prioritet hesab edirik və bu, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Biz 100 milyon İsveçrə frankı (təxminən 113 milyon dollar) məbləğində əlavə paket haqqında qərar verdik”, – Berset vurğulayıb.