Bu ölkə Ukraynaya qırıcılar GÖNDƏRDİbackend

Bu ölkə Ukraynaya qırıcılar GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Makedoniya Ukrayna ordusuna 4 ədəd Su-25 hərbi təyyarəsi verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin MKD nəşri Şimali Makedoniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təhvil verilən təyyarələrdən üçü tək yerlik, biri isə iki yerlik modeldir.

Təyyarələr birbaşa piyada dəstəyi üçün nəzərdə tutulub və münaqişə zamanı Şimali Makedoniya təhlükəsizlik qüvvələrinin quru əməliyyatlarına dəstək olaraq bir neçə uçuş həyata keçirib.

Bundan əvvəl Şimali Makedoniya Ukraynaya Sovet dövründən qalma tanklar təhvil verib.