Bu ölkə vətəndaşlarının Azərbaycana uçuşuna icazə verildibackend

Bu ölkə vətəndaşlarının Azərbaycana uçuşuna icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə veriləcək.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

Albaniya Respublikası;

Dominikan Respublikası;

Filippin Respublikası;

Gürcüstan;

Hindistan;

İndoneziya;

İran İslam Respublikası;

Kolumbiya Respublikası;

Moldova Respublikası;

Özbəkistan Respublikası;

Pakistan İslam Respublikası;

Peru Respublikası;

Tacikistan Respublikası;

Tailand Krallığı;

Tunis Respublikası;

Türkmənistan Respublikası;

Venesuela Bolivar Respublikası.