Latviya hakimiyyəti Yandex ilə əlaqəli bütün saytlara girişi bağlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Elektron Media Şurasının (NEPLP) sədri İvars Abolins məlumat verib.
O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “NEPLP Latviyada Yandex-lə əlaqəli bütün saytlara girişi bloklayıb.
Abolins əlavə edib ki, “gələcəkdə Rusiya Federasiyasında sanksiyaya məruz qalan şəxslər tərəfindən yaradılan podkastlara və oxşar məzmuna pulsuz çıxışı təmin edən Yandex Music-ə giriş bağlanacaq”.