Bu ölkədə 100 nəfərin toplaşmasına icazə verildibackend

Bu ölkədə 100 nəfərin toplaşmasına icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern, Covid-19 tədbirləri çərçivəsində 10-dan çox adamın bir yerə toplaşma qadağasının yumşaldılacağını açıqlayıb.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, nazir cümə günündən başlayaraq maksimum 100 nəfərin bir yerə toplaşmasına cazə veriləcəyini bildirib.

“Biz hələ də qlobal bir epidemiyanın içindəyik. Digər ölkələrdə yoluxmalar artmaqda davam edir və hələ də evlərinə qayıdan insanlar var” fikirlərini bildirən Baş nazir bir çox sahələrdə normal həyatın hiss edilməsinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Yeni Zellandiyada aşkarlanan 1504 Covid-19 infeksiyasından 21 nəfər həyatını itirib.