Bu ölkədə 12 nəfər qılıncla edam edildibackend

Bu ölkədə 12 nəfər qılıncla edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi bildirilir.

NOCOMMENT xarici KİV-ə istinadən xəbər verir ki, edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıblar.

İnsan haqları təşkilatı “Reprieve” Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçirilən 2022-ci il dünya çempionatının diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

Buna cavab olaraq Ər-Riyad ötən il söz vermişdi ki, zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcək.

Bildirilir ki, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə gündəm yaratmışdı.