Küveytdə bir həftə ərzində 23 nəfər metanoldan zəhərlənərək ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Tərkibində metanol olan alkoqollu içkilərin qəbulu nəticəsində zəhərlənmə hallarının sayı 160-a çatıb, onlardan 23-ü ölüb “, – nazirlik qeyd edib.
Məlumata görə, həlak olanların əksəriyyəti Asiya ölkələrinin vətəndaşlarıdır. Çoxlarının vəziyyətinin ağır olduğu bildirilir.\\“Unikal”